AZ

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi dəyişdi

Dmitri Şlapaçenko BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi təyin edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Türkmənistandakı daimi əlaqələndiricisi Dmitri Şalapaçenkonu salamlamaq xoş idi. Mən onu BMT-nin Azərbaycandakı yeni daimi əlaqələndiricisi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdim və fəaliyyətində uğurlar arzuladım", - o yazıb.

Xatırladaq ki, bu ilin yanvarında BMT İqor Qarafuliçi Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib. O, bu vəzifədə öz vəzifələrini 2026-cı il iyulun 1-dək icra edəcək.

BMT-nin Azərbaycandakı sabiq rezident-əlaqələndiricisi Vladanka Andreyeva ölkədəki missiyasını 2026-cı il yanvarın 8-də başa vurub.

Seçilən
15
1
qaziler.az

2Mənbələr