ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Sistan və Bəlucistan əyalətinin Rask bölgəsində SEPAH-ın bölgə komandirinin də olduğu 3 avtomobilə silahlı hücum olub.
Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində SEPAH komandiri Mahmud Babani və onu müşayiət edən bir neçə hərbçi yaralanıb.
Komandirin Zahidan şəhərinin xəstəxanalarından birinə köçürüldüyü bildirilib.
Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.