AZ

Yannik Sinner 2016-cı ildən bəri 14000 reytinq xalını keçən ilk tennisçi olub

İtaliyalı Yannik Sinner 2016-cı ildən bəri 14000-dən çox reytinq xalı qazanan ilk tennisçi olub.

"Far.Az"un məlumatına görə, 24 yaşlı idmançı buna İspaniyanın paytaxtı Madriddə keçirilmiş "Masters" turnirinin qalibi olmaqla nail olub.

O, hazırda ATP reytinqində 14350 xalla liderdir.

Xatırladaq ki, 14000 xala çatan sonuncu tennisçi serbiyalı Novak Cokoviç olub. O, 2016-cı ilin oktyabrında açıqlanan reytinqdə 14040 xal toplamışdı.

Seçilən
15
far.az

1Mənbələr