AZ

Günün fotosu: Kater tankerin yolunu kəssə, qarşısında esmines görər

Fars/Ərəb körfəzindəki Hörmüz boğazında vəziyyət hələlik belədir: nəhəng tankerlərin qarşısı kəsilib. Onlar lövbərlərini suya salıb, durublar.

Gəmilərin şəxsi heyətlərinin qulağı səsdədir, hər dəqiqə öz ölkələrinin, eləcə də dünyanı idarə edən böyük dövlətlərin hərəkətə keçəcəyini gözləyirlər.

Hərəkətdə olanlar isə kiçik İran katerləridir. Onlar tankerlərin yoluna minalar döşəyib, xəritələri də itiriblər. Katerlərdə dolaşan iranlı patrullar özlərini nəinki Hörmüz boğazının, eləcə də bütövlükdə Fars\Ərəb körfəzinin ağası hesab edirlər.

marsk.JPG

Bu, şəxsi həyatı, ölkənin gələcəyini, Hörmüzün sahibliyini qumara qoymaq kimi bir şeydir. İndiyə qədər daha çox Fars körfəzi kimi tanınan körfəz oyunun sonunda Ərəb körfəzi ola bilər. Hətta daha bir variant da buranın “Tramp körfəzi” ola biləcəyidir. Trampda körfəz adı dəyişmək şakəri var (məsələn, o, artıq Meksika körfəzini xəritələrdə Amerika körfəzi kimi yazdırır).

Dünən prezident Tramp Hörmüz boğazından keçən ticarət gəmilərinin mühasirədən çıxarılması üçün hərəkətə keçdiyini elan edib. Vaşinqton bundan ötrü körfəzə esmineslər, idarə olunan raketlər, təyyarələr və dronlar göndərir.

Onlara “başla” əmri veriləndə katerlərdən səslənən “bismillah” və ya “Allahu əkbər” sədaları işə yaramayacaq.

Esmineslər hadisə yerinə çatana qədər tankerlərin yolu açılmasa, körfəzin mavi sularında mazut, neft və qan bir-birinə qarışacaq.

Dənizdə başlanacaq savaş bu qədər realdır. Tərəflərin düşünmək üçün vaxtları azdır, ağılları da elə olsa, yaxın günlərdə dünya “Vurulan İran” serialının yeni bölümünə tamaşa edəcək.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr