Onun sözlərinə görə, sammit hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıyır. Paşinyan vurğulayıb ki, dünya bu gün Ukrayna müharibəsindən Yaxın Şərqdəki gərginliklərə qədər bir çox ciddi çağırışlarla üz-üzədir.
Baş nazir qeyd edib ki, bu sammit çərçivəsində Ermənistana ilk dəfə olaraq Şimali Makedoniya prezidenti, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri, Avropa Parlamentinin rəhbəri, həmçinin Böyük Britaniya, İspaniya, İtaliya, Xorvatiya, İrlandiya, Andorra, Finlandiya, Estoniya, Lüksemburq, Norveç, Kosovo, Sloveniya və Lixtenşteynin baş nazirləri səfər ediblər.
Paşinyan əlavə edib ki, bu cür genişmiqyaslı sammitin ilk dəfə Ermənistanda keçirilməsi ölkə üçün tarixi hadisədir və iştirak edən liderlər bu tarixə şahidlik edirlər.