AZ

Paşinyan: Avropa Siyasi Birliyi sammiti Ermənistan üçün tarixi əhəmiyyət daşıyır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 4 may tarixində keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin plenar iclasında çıxış edərək bildirib ki, bu görüşün nəticələrinin beynəlxalq sülh və təhlükəsizlik baxımından tarixi olacağına ümid edir və iştirakçılara bu yolda uğurlar arzulayır.

Onun sözlərinə görə, sammit hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıyır. Paşinyan vurğulayıb ki, dünya bu gün Ukrayna müharibəsindən Yaxın Şərqdəki gərginliklərə qədər bir çox ciddi çağırışlarla üz-üzədir.

Baş nazir qeyd edib ki, bu sammit çərçivəsində Ermənistana ilk dəfə olaraq Şimali Makedoniya prezidenti, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri, Avropa Parlamentinin rəhbəri, həmçinin Böyük Britaniya, İspaniya, İtaliya, Xorvatiya, İrlandiya, Andorra, Finlandiya, Estoniya, Lüksemburq, Norveç, Kosovo, Sloveniya və Lixtenşteynin baş nazirləri səfər ediblər.

Paşinyan əlavə edib ki, bu cür genişmiqyaslı sammitin ilk dəfə Ermənistanda keçirilməsi ölkə üçün tarixi hadisədir və iştirak edən liderlər bu tarixə şahidlik edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr