AZ

Ən yaxşı 10 "Android" smartfonu məlum olub - SİYAHI

"AnTuTu" bençmarkının tərtibatçıları istifadəçi rəylərinə əsaslanan "Android" smartfonlarının aprel ayı üzrə reytinqini dərc ediblər.

Hakimiyyet.az xəbər verir ki, aprel ayının lideri 98,33% istifadəçi məmnuniyyəti ilə ZTE nubia Z80 Ultra flaqman smartfonu olub. Onu müvafiq olaraq Oppo K13 Turbo 5G (98,21%), Oppo Find X8 Ultra (95,29%) və Oppo Find X8S (94,93%) modelləri izləyir.

Siyahının beşinci pilləsində orta hesabla 94,78% səs toplayan ZTE nubia Z70S Ultra qərarlaşıb. Altıncıdan doqquzuncuya qədər olan yerləri isə Honor Magic 8 (94,5%), Xiaomi 15 Ultra (94,15%), OnePlus Ace 6 (93,83%) və 93,81% müsbət rəy qazanan sub-flaqman Honor 400 Pro bölüşdürüb.

İlk onluğu 93,57% istifadəçi məmnuniyyəti ilə realme GT 8 Pro flaqmanı tamamlayır.

"AnTuTu" nümayəndələri vurğulayırlar ki, bu reytinq cihazların texniki göstəricilərinə görə deyil, məhz real istifadəçilərin rəyləri əsasında hazırlanıb. Qurğunun siyahıdakı ümumi balı birbaşa müsbət qiymətləndirmələrin sayından asılıdır.

Seçilən
3
2
hakimiyyet.az

3Mənbələr