AZ

“Taşacak bu deniz”də yeni sima - FOTO

Türkiyənin maraqla izlənilən “Taşacak bu deniz” serialının heyətinə yeni aktyor daxil olub.

Musavat.com xəbər verir ki, tanınmış aktyor Celil Nalçakan ekran işində qonaq aktyor kimi yer alacaq.

Məlumata görə, aktyor layihədə qısa müddət ərzində tamaşaçı qarşısına çıxsa da, canlandıracağı obraz süjetin gedişatında mühüm hadisələrə təsir edəcək.

Celil Nalçakan serialda “Timur Volkov” adlı obrazı canlandıracaq. Personajın hekayəyə hansı məqamda daxil olacağı və digər qəhrəmanlarla necə bir əlaqəsinin olacağı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Celil Nalçakan daha əvvəl rol aldığı bir çox uğurlu layihələrlə geniş tamaşaçı rəğbəti qazanıb.

Könül
Musavat.com

“Taşacak
Seçilən
33
musavat.com

1Mənbələr