AZ

Mərhum sədr Rasim Balayevdən sonra ilk iclas keçiriləcək 

Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək..

Poliqon xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.

Qeyd edilib ki, İdarə Heyətinin iclasında qurultayın vaxtı təyin ediləcək, gündəliyi təsdiqlənəcək və katibliyin gördüyü işlər barədə hesabat dinləniləcək.

Həmçinin ittifaqdan bildirilib ki, qurultay mayın 21-dən sonra keçiriləcək.

Xatırladaq ki, ittifaqın keçmiş sədri Rasim Balayev olub. O, martın 29-u vəfat edib.

Poliqon.info

Seçilən
13
10
poliqon.info

10Mənbələr