AZ

Xarakteri nə formalaşdırır: Genlər, yoxsa xarici faktorlar?


İnsan şəxsiyyətinin formalaşmasında genetik və mühit amillərinin birlikdə rol oynadığı müəyyən edilib.
Yeniavaz.com
BBC-yə istinadən xəbər verir ki, alimlər uzun illər şəxsiyyət fərqlərinin təxminən 40-50 faizinin genetik amillərlə əlaqəli olduğunu, qalan hissəsinin isə ətraf mühit faktorları ilə bağlı olduğunu düşünürdülər.
Lakin müasir araşdırmalar göstərir ki, insan davranışını tək bir genlə izah etmək mümkün deyil. Şəxsiyyət poligenikdir, yəni minlərlə genin kiçik təsiri birlikdə insanın xarakterini formalaşdırır.
Məsələn, 2009-cu ildə İtaliyanın Triest şəhərində bir nəfəri öldürən Abdelmalek Bayutun vəkili onun DNT-sində aqressiya ilə əlaqələndirilən MAOA geninin variantının olduğunu əsas gətirərək cəzasının azaldılmasını istəyib. Məhkəmə hökmü bir il azaldıb.
Bununla yanaşı, böyük həyat hadisələri, travma, evlilik və ya ciddi itkilər insan şəxsiyyətini düşündüyümüz qədər dəyişmir. İllinoys Universitetinin professoru Brent Roberts qeyd edir ki, yetkinlik dövründə baş verən böyük travmatik hadisələr belə şəxsiyyətdə qalıcı və kəskin dəyişiklik yaratmaya bilər.
Seçilən
2
1
yeniavaz.com

2Mənbələr