Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 10 vaqon gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
BAKU.WS xəbər verir ki, bu barədə report məlumat yayıb.
*** 10:10
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.
Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.