AZ

Anar Bayramova yeni müşavirlər təyin edildi - FOTO

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olunub.

Qaziler.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müşavirlər - Muxtarzadə Ramil Səfər oğlu (2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib), Cəmilova Töhfə Ramiz qızı (2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb) təyin edilib.

Bunlarla yanaşı Rzayev Bahadur Məhərrəm oğluna da (2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib) TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsi həvalə edilib.

Seçilən
1
19
qaziler.az

10Mənbələr