AZ

“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir

“Azər Maya İstehsal” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasında dəyişiklik edir.

Banker.az xəbər verir ki, şirkət Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildiyini elan edib.

Bu proseslə əlaqədar olaraq, müəssisənin ümumi dəyəri 10 760 688 manat təşkil edən səhmləri dövriyyədən çıxarılaraq ləğv edilir.

Ləğv edilən qiymətli kağızlar hər birinin nominal dəyəri 61,10 manat olan 176 116 ədəd adi, adlı və sənədsiz səhmlərdən ibarətdir.

Qeyd edək ki, cəmiyyət Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq, 3105-ci məhəllə ünvanında yerləşir.

Seçilən
17
banker.az

1Mənbələr