AZ

Trampdan İrana mesaj: Razılaşma olmazsa hərbi addım gündəmdədir

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Tramp İranla razılaşma alınmasa hərbi əməliyyatlara başlaya bilər.

Redaktor.az xəbər verir ki, "Axios" nəşri yüksək vəzifəli ABŞ rəsmisinə istinadən İranla bağlı mümkün ssenarilər barədə məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trump İrana qarşı böyük hərbi əməliyyatlara başlaya bilər, əgər danışıqlarda tezliklə əldə edilə biləcək razılaşmanın konturları ortaya çıxmazsa.

Bildirilib ki, mənbənin sözlərinə görə, “ya tezliklə əldə edilə biləcək real razılaşma görünür, ya da o, prosesi tamamilə dəyişdirəcək”.

Qeyd olunub ki, Tramp eyni zamanda diplomatik kanalları açıq saxlayaraq İrana təzyiq göstərmək niyyətindədir.

Məlumata görə, ABŞ nümayəndələri Cared Kuşner və Stiv Vitkoff İranın xarici işlər naziri Abbas Araqçi ilə danışıqları davam etdirirlər.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
redaktor.az

2Mənbələr