AZ

Tramp Çinə nə ilə gedir? │ Şərh

Azvision saytına istinadən ain.az xəbər verir.

Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, birinci səbəb olur ki, İranla bağlı gərginlik ABŞ-la Çin arasında fikir ixtilafını dərinləşdirib. ABŞ-ın “Hörmüz boğazını” mühasirədə saxlaması Çinin iqtisadi gücünə mənfi təsir edib. Çin İrandan ucuz neft ala bilmir. İkincisi, Donald Tramp Tayvan mövzusunu Pekində müzakirə etmək istəmir. Halbuki, Çin lideri Si Cinpin ABŞ-ın Tayvana hərbi dəstəyini dayandırmağı Trampdan tələb etməyi planlaşdırır. “Röyters” agentliyinin məlumatına görə, Pekin Tayvan mövzusunu Vaşinqtonla müzakirə predmetinə çevirməyə çalışır. 23 milyon əhalisi olan Tayvanın özündə də Donald Trampın Pekin səfərindən narahatlıq var. Tayvan rəhbərliyi Trampın Si Cinpinlə iqtisadi zəmində razılıq əldə edəcəyi halda Vaşinqtonun ada dövlətinə dəstəyinin azalacağından ehtiyat edirlər. Tayvan rəsmiləri açıq şəkildə adanın iki lider arasında "danışıqlar mövzusu"na çevrilə biləcəyindən narahatlıqlarını ifadə edirlər. Tramp Pekində ABŞ-ın mülki təyyarələrini və kənd təssərrüfatı məhsullarının Çinə satılmasıyla bağlı saziş imzalamağı planlaşdırır. Pekin ABŞ-dan alacaqları müqabilində Vaşinqtonun Tayvan məsələsinə qarışmasını istəmir. Pekin əmin olmaq istəyir ki, hərbi və ya “yumşaq güc” yoluyla Tayvan Çinə birləşdirilərsə, Vaşinqton buna mane olmayacaq.

Sabah 30 dərəcə isti olacaq

ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir. Çünki, ABŞ sözdə “vahid Çin” siyasətinə sadiq olduğunu bəyan edib. Yəni ABŞ Tayvanı Çin ərazisi kimi tanıyır. Bununla yanaşı Vaşinqton Tayvanın özünü müdafiə hüququnu da tanıyır. Bu ikisi bir-birinə ziddir. Tayvan yarımkeçirici sənayesində güclü bir qüvvədir. ABŞ-ın Çinlə ticarəti olduğu kimi Tayvanla da geniş iqtisadi əlaqələri mövcuddur. Bundan başqa Tayvan şirkətlərinin ABŞ-da milyardla dollar yatırımları var. Tayvan Çinə birləşdirlərsə, bu yatırımların taleyi sual altında qalacaq. Tramp administrasiyası ABŞ-ın Tayvan siyasətində heç bir dəyişiklik olmadığını iddia edir. Ancaq Ağ Ev rəsmiləri vurğulayırlar ki, Tramp ikinci müddətində Tayvana sələfi Cozef Baydenin prezidentliyi dövründə verdiyindən daha çox silah verib. Ancaq bu arqument Tayvan rəhbərliyini sakitləşdirməyib. Bu arada, Tayvan prezidenti Uliyam Lai ilə Esvatini kralı Msvati III arasında görüş Pekinin narazılığına səbəb olub. Tayvan prezidenti görüşdə bildirib ki, onların dünya ilə əlaqə qurmaq haqqı var və heç bir ölkə buna mane ola bilməz. Pekin digər ölkələrdən Tayvanla əlaqələri dayandırmağı tələb etsə də, ada dövləti müxtəlif ölkələrlə ticarət əlaqələrini genişləndirməyə çalışır. Buna baxmayaraq, Pekinin təzyiqləri nəticəsində Tayvanın sadəcə 12 dövlətlə diplomatik münasibətləri qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
azvision.az

1Mənbələr