AZ

Ürəyi dayanıb həyata qaytarılan aktyordan PAYLAŞIM FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli aktyor Oktay Çubuk səhhəti ilə bağlı sevindirici xəbər verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi sosial media hesabında xəstəxanadan fotosunu paylaşaraq izləyicilərinə vəziyyətinin yaxşılaşdığını bildirib. O, hazırda özünü daha yaxşı hiss etdiyini qeyd etsə də, həkim nəzarətində bir müddət daha xəstəxanada qalacağını vurğulayıb.

Məlumata görə, 30 yaşlı aktyor anası ilə birlikdə istirahətdə olduğu hotelin idman zalında məşq edərkən qəfil yerə yıxılıb. Ürəyi dayanan aktyor dərhal edilən tibbi müdaxilə sayəsində yenidən həyata qaytarılıb. Daha sonra o, bir neçə gün reanimasiya şöbəsində müalicə alıb.

Qeyd edək ki, Oktay Çubuk "Ah Nerede", "Can Borcu", "Adım Farah" və "Baba" kimi seriallardakı rolları ilə geniş tamaşaçı kütləsinə tanışdır.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
news.milli.az

3Mənbələr