AZ

Özbəkistan CAREC çərçivəsində Rəqəmsal Gömrük və Logistika Alyansının yaradılmasını təklif edib

Mərkəzi Asiya ölkələri Çini, Hindistanı, Cənubi Asiyası və Asiya regionunun digər iqtisadiyyatlarını Avropa bazarları ilə birləşdirən ən mühüm nəqliyyat-logistika qovşağına çevrilmək potensialına malikdir.

"Far.Az"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasının sədri, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev Bankın Direktorlar Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən işgüzar sessiyada bildirib.

O qeyd edib ki, beynəlxalq logistika sahəsindəki çətinliklər dəniz yollarına çıxışı olmayan dövlətlərin xərclərini 30 %-ə qədər artırır.

"Mərkəzi Asiya Çini, Hindistanı, Cənubi Asiyanı və digər Asiya iqtisadiyyatlarını Avropa ilə birləşdirən əsas hab olmaq üçün bütün imkanlara malikdir. CAREC proqramı çərçivəsində biz sərhəd prosedurlarının sadələşdirilməsi və sənədlərin onlayn formata keçirilməsi üçün Rəqəmsal Gömrük və Logistika Alyansının yaradılmasını təklif edirik", - C.Xocayev vurğulayıb.

Seçilən
11
far.az

1Mənbələr