AZ

Bakıda bu evlər "su qiymətinə" düşdü -

Bu ilin mart-aprel aylarında aramsız yağan yağışlar Bakıətrafı qəsəbələrdə həyət evlərinin qiymətinə ciddi təsir göstərib.Metbuat.az-ın məlumatına görə, əvvəlki illərdən fərqli olaraq bu dəfə həyət evlərinin qiymətində artım deyil, azalma müşahidə olunur. Evlərin ucuzlaşması ciddi tendensiyadır və qiymət fərqi rəqəmlərdə özunü aşkar şəkildə büruzə verir. Qeyd edək ki, bu tendensiya ən çox yağış sularından əziyyət çəkən Xırdalan şəhərində, Binəqədi, Keşlə, Ramana, Binə, Zabrat qəsəbələrində və Məhəmmədi kəndində müşahidə edilir. Elan saytlarında təklif olunan qiymətlər ötən ilin müvafiq dovrü ilə müqayisədə ən azı 30 faiz ucuzlaşma baş verdiyini göstərir. 2025-ci ilin avqust-sentyabr aylarında 70 min manata təklif olunan 3 otaqlı həyət evlərini indi 52-55 min manata almaq mümkündür.

Səbinə Hüseynzadə /Metbuat.az

Seçilən
14
metbuat.az

1Mənbələr