AZ

Zelenski hədələyir, Putin interneti kəsir Moskvada bu tarixədək mobil internet olmayacaq

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Moskvada 5-9 may tarixlərində mobil internet və SMS mesajlaşmaları məhdudlaşdırılacaq.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının məlumatına görə, bu barədə telekommunikasiya operatorları abunəçilərə xəbərdarlıq mesajları göndərib.

"Təhlükəsizliyi təmin etmək üçün 5-9 may tarixlərində bayram tədbirlərinin hazırlanması və keçirilməsi zamanı Moskvada mobil internet və SMS mesajlaşmalarına müvəqqəti məhdudiyyətlər qoyula bilər. İnternetə çıxış üçün Wi-Fi-dan istifadə etməyi, səsli zənglər üçün isə smartfon parametrlərinizdə VoLTE funksiyasından istifadə etməyi tövsiyə edirik", - xəbərdarlıqda deyilir.

Beləliklə, hakimiyyət orqanları Moskvada 9 may paradı ilə əlaqədar əvvəlki illərə nisbətən daha böyük mobil telefon məhdudiyyətləri planlaşdırır. Mayın 9-dək təkcə mərkəzdə deyil, bütün Moskva boyu mobil internetin kəsiləcəyi gözlənilir. Bu məlumat daha sonra "Kommersant" və “Forbes" mənbələri tərəfindən təsdiqlənib.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi 2007-ci ildən bəri ilk dəfə olaraq 9 mayda Moskvada keçiriləcək paradda hərbi texnikanın iştirak etməyəcəyini açıqlayıb. Putinin mətbuat katibi Dmitri Peskov tədbirin "əməliyyat vəziyyəti" və Kiyevdən gələn "terror təhdidi" səbəbindən "qısaldılmış formatda" keçiriləcəyini deyib.

Bundan əlavə, Putin ABŞ Prezidenti Donald Trampla söhbətində 9 may üçün Ukrayna ilə atəşkəs elan etməyi təklif edib. Zelenski buna cavab olaraq Kiyevin Moskvada hərbi parad üçün "bir neçə saatlıq" deyil, uzunmüddətli atəşkəs istədiyini bildirib. O daha sonra İrəvandakı çıxışında Moskvanı parada Ukrayna dronlarının uça biləcəyi ilə də hədələyib.

Bu arada, Ukrayna Silahlı Qüvvələri Moskvaya dron hücumlarını bərpa edib. Mayın 3-ü və 4-ü paytaxt üzərində on bir dron müşahidə edilib. Onlardan biri Kremldən 6 km aralıda yerləşən Mosfilmovskaya küçəsindəki yaşayış binasına dəyib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azpolitika.info

1Mənbələr