AZ

“Qandalf”ın çubuğu “Neftçi”nin üzərində: VERNİDUBUN SEHRLİ TOXUNUŞU

Hər şəhərin özünəxas rəngləri, mədəniyyəti, hissləri var. Elə anlar olur ki, şəhər bir müddətlik öz həyəcanını itirir, rəngsizləşir, maraqsızlaşır.

Vaxtilə Moskva yandırılıb, Varşava yerlə-yeksan edilib. Yenidən qurulmaları vaxt alıb, əziyyət tələb edib, amma mümkünsüz olmayıb.

Bakı isə illərdir öz “Neftçi”sini itirmişdi. Paytaxtın tarixini, rənglərini, sevincini, kədərini özündə ehtiva edən qocaman 15 ilə yaxındır ki, ayağa qalxa bilmirdi. Bəziləri üçün artıq “Neftçi” öz missiyasını tamamlamış, tarixin tozlu səhifələrinə qarışmağa doğru sürüklənirdi.

Ardıcıl iki il avrokuboklardan kənar qalan “flaqman”ın dirçəlməsi mümkünsüz görünürdü. Ukraynadan səssiz-səmirsiz gələn, mistik “Qandalf”a qədər…

Yuri Vernidub gəldiyi andan sehrli çubuğunu “Neftçi”nin üzərinə çəkdi. Qış transfer pəncərəsində yalnız bir transfer etdi. Onun heyətə qatdığı Breno Almeyda hazırda liqanın ən formada olan 2-3 futbolçusundan biridir. 

Mətbuat konfranslarında “böyük-böyük” danışmır, kimisə günahlandırmır, heyətdən şikayətlənmir. Sakitcə işini görür, komandanı növbəti matça hazırlayır. Edilən haqsızlıqlardan sonra da futbolçularını oyunlara kökləməyi bacarır.

O, Samir Abasovun skaut komandasının “Neftçi”yə transfer etdiyi, lakin heç cür parlaya bilməyən futbolçulara nəsə etdi. Bəli, “nəsə” etdi, çünki nə etdiyini anlamaq, dərk etmək, başa düşmək olmur. Freddi Varqas, İmad Faraj, Emil Səfərov, İfeanyi Metyu, İqor Ribeyro əməlli futbol oynayırmış eee…

Hələ “Qarabağ”la matçda “turbo” açan Falaye Sakonu demirəm. Komandaya gəldiyi gündən “sehrli qutu” adlandırdığımız Sako artıq azarkeşlərin sevimlisinə çevrilib. “Qutu”nu açmaq üçün sehrli çubuğa malik olmaq lazım imiş…

Venidubun “Neftçi”si son illərin ən uğurlu “Neftçi”sidir. Ukraynalının komandası 15 matçda 31 xal toplayıb. Bu isə orta hesabla hər oyuna 2,07 xal deməkdir. Rəqəmlərlə aranız yaxşıdırsa, necə böyük göstərici olduğunu anlayacaqsınız.

“Ağ-qaralar”ın performansı davam etsə, “ədalət” təmsilçiləri imkan versə, “Neftçi”nin avrokuboklara yollanması real görünür. Vernidubun burada da gözəl işlər görəcəyi heç kimdə şübhə doğurmur. Nə bilirsiniz, bəlkə tariximizdə ilk dəfə avrokuboklara 3 komanda ilə yollandıq…

II Liqa: Daha iki matç keçiriləcək

Premyer Liqada gümüş döyüşü - YENİLƏNİR

“Milan” səfərdən xalsız qayıdır

Hüseynov oynadı, komandası 1 xal qazandı

Rəşad Sadıqov: “Daha yaxşı oyun sərgiləməliyik”

Seçilən
1
2
apasport.az

3Mənbələr