AZ

Volodin: "Rusiyaya köçmək istəyənlərin sayı artır"

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa ölkələrində yaşayan və Rusiyanın müdafiə etdiyi mənəvi, ailəvi və ənənəvi dəyərlərə yaxın olan kəsimlərin ölkəyə köçməyə getdikcə daha çox maraq göstərdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Volodinin paylaşdığı məlumatlara görə, müvəqqəti yaşayış icazəsi üçün müraciətlər son altı ayda təxminən 1,5 dəfə artıb. 2025-ci ilin oktyabr ayının sonunda 2 min 275 olan müraciət sayı bu gün 3 min 400 səviyyəsinə yaxınlaşıb.

Volodin bu mənzərəni Qərbdəki siyasi iqlimlə əlaqələndirib. Rusiyalı siyasətçi çox sayda Avropa vətəndaşının öz ölkələrində yürüdülən xətdən məmnun olmadığını, "təlqin edilən neoliberal anlayışdan uzaqlaşmaq istədiyini" müdafiə edib.

Müraciətlərdə Almaniyanın ön plana çıxdığını qeyd edən Volodin Almaniya ictimai rəy sorğularına istinad edərək, ölkədə hər beş nəfərdən birinin başqa bir yerdə yaşamaq fikrinə müsbət baxdığını iddia edib.

Rusiyalı parlamentari Almaniyadakı iqtisadi çətinliklərin, sosial xərclər üzərindəki təzyiqin və sənaye istehsalındakı daralmanın miqrasiya meylini gücləndirdiyini söyləyib.

Açıqlanan plana əsasən, Rusiyada məskunlaşmaq istəyən xarici vətəndaşlar 2027-ci ilin yayından etibarən müraciətlərini "Qosusluqi" dövlət xidmətləri portalı vasitəsilə rəqəmsal formada göndərə biləcəklər. 

Kreml bununla ölkəyə yönələn yeni miqrasiya dalğasını daha nizamlı bir sistemlə idarə etməyi hədəfləyir.

Seçilən
10
cebheinfo.az

1Mənbələr