AZ

ABŞ hərbçilərinə SEPAH ın katerlərini vurmaq hüququ verildi

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Hərbi Qüvvələrinə Hörmüz boğazında gəmilərə təhlükə yarandığı təqdirdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) katerlərinə və İranın raket mövqelərinə zərbələr endirmək hüququ verilib.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

“Amerikalı məmur bildirdi ki, ABŞ hərbçiləri üçün regionda güc tətbiqi qaydaları dəyişdirilib. Onlar Hörmüz boğazından keçən gəmilər üçün birbaşa təhlükə mənbələrinə, o cümlədən, SEPAH-ın sürətli katerlərinə və ya İranın raket mövqelərinə zərbə endirmək hüququ əldə ediblər”, - o, “X” sosial şəbəkəsində yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
qafqazinfo.az

1Mənbələr