AZ

ABŞ-dən sərt qərar - İrana zərbə icazəsi VERİLDİ

ABŞ ordusuna İrana zərbə icazəsi verilib.

Redaktor.az xəbər verir ki, "Axios" nəşrinin jurnalisti Barak Ravid ABŞ-nin hərbi planları ilə bağlı məlumat yayıb.

Məlumata görə, ABŞ ordusuna İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) qayıqlarına və İranın raket obyektlərinə zərbə endirmək üçün icazə verilib.

Bildirilib ki, bu qərar Hörmüz boğazında gəmilərə təhlükə yaranacağı təqdirdə qüvvəyə minəcək.

Qeyd olunub ki, Ravidin sözlərinə görə, ABŞ rəsmisi regiondakı hərbi qüvvələrin döyüş qaydalarının dəyişdirildiyini və bunun SEPAH-ın sürətli qayıqlarına, eləcə də İranın raket obyektlərinə dərhal zərbə endirməyə imkan yaratdığını bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
42
redaktor.az

1Mənbələr