AZ

SEPAH-dan  sərt xəbərdarlıq: “İcazəsiz girən gəmilər məhv ediləcək” 

Hörmüz boğazında ABŞ və İran arasında artan gərginlik fonunda SEPAH-ın Hərbi Dəniz Qüvvələri dənizçilərə VHF radio yayımı vasitəsilə sərt xəbərdarlıq edib.

Vətəninfo.az xəbər verir ki, yayılan mesajda bütün gəmilərə müraciət olunaraq bildirilib: “Diqqət bütün gəmilər, diqqət bütün gəmilər! İran İslam Respublikasının icazəsi olmadan Hörmüz boğazına daxil olsanız, hədəf alınacaq və məhv ediləcəksiniz”.

VHF radio yayımı dənizdə gəmilər arasında və sahil mühafizəsi ilə əlaqə saxlamaq üçün istifadə olunan qısa məsafəli rabitə sistemidir. Bu radio vasitəsilə gəmilərə xəbərdarlıqlar, təhlükəsizlik məlumatları və təcili çağırışlar operativ şəkildə ötürülür.

Seçilən
30
veteninfo.az

1Mənbələr