AZ

ABŞ Bavariyanın Vilsek şəhərindəki hərbi bazadan 5 min hərbçisini çıxarır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 4 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) ordusu Almaniyanın Bavariya əyalətinin Vilsek şəhərindəki “Stryker” briqadasının 5 min hərbçisini çıxarmağı planlaşdırır.

AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, bu hərbi birlik Qrafenvoehr təlim bazasının hərbi təlim poliqonunda xidmət aparır. Hərbçilər çıxarılsa da, baza bağlanmayacaq və azı 8 min əsgər burada qalacaq.

Vilsek şəhərinin meri qoşunların çıxarılmasının yerli icma üçün iqtisadi baxımdan ciddi zərbə ola biləcəyini qeyd edib.

Xatırladaq ki, ABŞ-nin Prezidenti Donald Trump Almaniya Kansleri Fridrix Mertsin Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatları ilə bağlı tənqidi açıqlamalarına cavab olaraq Almaniyadan 5 mindən çox hərbçinin çıxarılacağını bəyan edib. Eyni zamanda, Almaniyada “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi planının da dayandırılması ehtimal olunur.

Hazırda Almaniyada ABŞ-nin bir neçə böyük hərbi bazası var. Bu bazalarda ümumilikdə 40 minə yaxın əsgər yerləşdirilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr