ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tərtər, 4 may, AZƏRTAC
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Tərtərdə qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada idarə, müəssisələrinin kollektivləri və gənclər iştirak ediblər.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 201 nəfər qan verib.
Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
Müxbir – Tahir Ağaməmmədov







Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.