AZ

"Barselona" "Qalatasaray"ın transfer planını pozdu

Yeni mövsüm öncəsi transfer bazarında hərəkətlilik davam edir. Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi “Barselona” İngiltərə təmsilçisi “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə qatmaq istəyir.Məlumata görə, portuqaliyalı futbolçu mövsümün sonunda klubdan ayrılmağa hazırlaşır. Onunla yalnız “Barselona” deyil, “Yuventus”, "Qalatasaray" və bir neçə digər klub da maraqlanır. Transferin yay pəncərəsində reallaşma ehtimalı yüksək qiymətləndirilir.

Qeyd olunur ki, 31 yaşlı yarımmüdafiəçinin müqaviləsinin bitməsi klubların marağını daha da artırıb və futbolçunun azad agent kimi keçidi mümkün görünür.

Seçilən
40
metbuat.az

1Mənbələr