AZ

Kəmaləddin Heydərov mağar toyunda - Video

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı illər əvvələ aid görüntülər sosial şəbəkələrin gündəminə çevrilib...

Poliqon savashmedia.az portalına istinadən xəbər verir ki, sözügedən videoda nazirin Bakı kəndlərindən birində sadə vətəndaşın təşkil etdiyi “mağar toyu”nda iştirak etdiyi əks olunub.

Səmimi ab-havada keçən məclisdə onun sakinlərlə ünsiyyəti, rahat davranışı və toy iştirakçıları ilə bir araya gəlməsi diqqət çəkir.

Qısa zamanda geniş maraq doğuran kadrlar istifadəçilər arasında müzakirələrə səbəb olub. Bəziləri bu görüntüləri sadəliyin nümunəsi kimi qiymətləndirərkən, digərləri isə həmin anların nostalji təsir bağışladığını qeyd edir.

Poliqon.info

Seçilən
26
4
poliqon.info

4Mənbələr