AZ

Həkimlər xəbərdarlıq edir -

Mütəxəssislər səhər saatlarında edilən bəzi səhvlərin sağlamlığa zərər verdiyini açıqlayıb. Metbuat.az xəbər verir ki, acqarına şəkərli qidaların qəbulu orqanizm üçün risklidir. Bu hal qan şəkərinin kəskin artmasına səbəb olur. Nəticədə gün ərzində enerji balansı pozulur və yorğunluq yaranır. Həkimlər səhər yeməyində protein və lif tərkibli qidalara üstünlük verilməsini tövsiyə edir.

Bundan əlavə, səhər su içməmək də orqanizmə mənfi təsir göstərir. Mütəxəssislər sağlam vərdişlərin günün ilk saatlarından başlamasının vacib olduğunu bildirir.

Seçilən
36
metbuat.az

1Mənbələr