AZ

Ölümün altında həyat: Abşeronda şok mənzərə VİDEO

ain.az, Sitat.info portalına istinadən məlumat verir.

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik xətlərinin altı və yaxınlığında yaşayış evlərinin inşa edilməsi ciddi narahatlıq doğurur.

 Məlumdur ki, tikinti normalarına əsasən yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında torpaq satışı və yaşayış evlərinin tikintisi qadağandır. Buna baxmayaraq,  həmin ərazilərdə torpaq sahələri satılır  evlər  və obyektlər tikilir.

Mütəxəssislər bu cür tikililər gələcəkdə ciddi fəsadlara yol aça bilər. Elektrik xətlərindən yayılan elektromaqnit sahələrinin insan sağlamlığına mənfi təsir göstərdiyi hamıya məlumdur.

Xatırlayırsınızsa, ötən həftə Xırdalan şəhərində də oxşar vəziyyət müşahidə olundu. Belə ki, yüksək gərginlikli elektrik xətlərinin altında tikilmiş evlər dəhşət saçırdı. Ən fəhşətlisi isə evlərə çıxarışların veriməsi halı idi.

Bəs, bu ağır məsulliyəti kim daşıyır?

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sorğumuza cavab olaraq bu tikililərin 15-20 il öncə inşa olunduğunu bildirildi. 

Sitat.info-nun lentə aldığı videonu təqdim edirik:

@sitat.info

Abşeronda yüksək gərginlikli xətlərin altında evlər…

♬ Boundless Worship - Josué Novais Piano Worship

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
2
sitat.info

3Mənbələr