AZ

Braziliyada təyyarə yaşayış binasına çırpılıb: Ölənlər var

Braziliyanın şimal-şərqindəki Belu-Horizonte bölgəsindəki Silverya rayonunda  bir mühərrikli kiçik təyyarə yaşayış binasına çırpılıb.

Qaziler.az bildirir ki, bu barədə Globo məlumat yayıb.

Təyyarə yerli vaxtla saat 12:16-da Pampulya hava limanından havaya qalxıb.

Yanğınsöndürmə idarəsinin məlumatına görə, qəza zamanı təyyarədə beş nəfər olub. Pilot və bir sərnişin həlak olub, daha üç nəfər yaralanaraq xəstəxanaya aparılıb.

Binada olanlardan heç kim xəsarət almayıb.

Bütün sakinlər yanğınsöndürmə idarəsi tərəfindən binadan təxliyə edilib.

QAZİLER.AZ

Seçilən
54
qaziler.az

1Mənbələr