AZ

“Milan”ın sabiq məşqçisi Ukrayna millisinə rəhbərlik edəcək

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyalı mütəxəssis Andrea Maldera Ukrayna milli komandasının yeni baş məşqçisi olacaq.

Fabrizio Romanonun məlumatına görə, 54 yaşlı məşqçi Ukrayna Futbol Assosiasiyası ilə müqavilə imzalamağa yaxındır.

Maldera son məşqçilik vəzifəsi "Marsel"də olub və həmyerlisi Roberto De Dzerbinin heyətində yer alıb. Maldera eyni məşqçi ilə “Brayton ənd Houv Albion”da da çalışıb.

İtaliyalı mütəxəssis həmçinin "Milan"da Massimiliano Alleqri, Leonardo, Filippo İnzagi və Klarens Zeedorfun məşqçilər heyətində çalışıb və 2016-cı ildən 2021-ci ilə qədər Ukrayna milli komandasında baş məşqçi Andrey Şevçenkonun heyətində olub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr