AZ

Qoxular niyə bizi keçmişə aparır?

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bəzi qoxuların bizi anidən uşaqlığımıza aparması sadəcə xoş bir hiss deyil, beynimizin dərinliklərində baş verən bioloji möcüzədir. Gözlənilməz anda burnumuza gələn təzə çörək qoxusu və ya köhnə ətir bizi saniyələr içində keçmişə qaytarır.Demokrat.az xəbər verir ki, qoxu hafizəsinin bu cür sürətli və emosional işləməsinin arxasında beynimizin fərqli qurluşu dayanır.Gördüyümüz, eşitdiyimiz və ya toxunduğumuz hər bir məlumat beyində əvvəlcə "paylama mərkəzi" sayılan talamusa daxil olur. Məlumat orada işləndikdən sonra beynin aidiyyəti hissələrinə göndərilir. Lakin qoxu duyğusu bu qaydanı pozan yeganə istisnadır. Burundan daxil olan qoxu molekulları heç bir vasitəçiyə uğramadan birbaşa beynin duyğusal mərkəzi olan amigdala və yaddaş bankı olan hipokampusa çatır.Bu birbaşa əlaqə sayəsində qoxunu hiss etdiyimiz an ona dair duyğu və xatirələr heç bir məntiq süzgəcindən keçmədən zihnimizdə canlanır. Qoxu hafizəsi sadəcə qoxunun növünü deyil, həmin an yaşanan hissi də qeydə alır. Buna görə də uşaqlıqda bizi xoşbəxt edən bir anın qoxusunu illər sonra duyduqda həmin günün sevincini yenidən yaşayırıq.Uşaqlıq dövrü dünyanı ilk dəfə kəşf etdiyimiz dövr olduğu üçün bu illərdə qurulan qoxu-yaddaş bağı çox daha möhkəm olur. Elm dünyasında bu vəziyyət məşhur yazıçı Marsel Prustun bir peçenyeni çaya batırıb qoxusunu alması ilə uşaqlıq xatirələrinə qayıtmasından sonra "Prust effekti" adlandırılır.Yəni, qoxular beynimizin məntiq hissəsinə toxunmadan birbaşa hiss və yaddaş mərkəzinə keçdiyi üçün bizi anidən və dərindən keçmişə aparır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
demokrat.az

2Mənbələr