AZ

Demi Mur Kann Film Festivalının münsiflər heyətinə qatılacaq

79-cu Kann Film Festivalının təşkilatçıları münsiflər heyətini elan ediblər.

Ucnoqta.az xəbər verir ki, siyahı festivalın mətbuat xidməti tərəfindən dərc edilib. Münsiflər heyətinə Demi Mur, Stellan Skarsqard və Xloe Çjao da daxil olmaqla, tanınmış aktyorlar, rejissorlar və ssenaristlər daxildir.

Yuxarıda adı çəkilən aktyorlarla yanaşı, qalibin seçimini İsaak de Bankole, Rut Neqqa, Laura Vandel, Dieqo Sespedes və Pol Laverti də qiymətləndirəcək. Münsiflər heyətinə Cənubi Koreyalı rejissor Park Çan-vuk sədrlik edəcək.

79-cu Kann Film Festivalı 12-23 may tarixlərində keçiriləcək. Mükafatlandırma mərasimi, həmişəki kimi, son gündə keçiriləcək. Bu il 22 film baş mükafat olan Qızıl Palma Budağı uğrunda mübarizə aparacaq.

Seçilən
21
ucnoqta.az

1Mənbələr