AZ

Qarın əzələlərini işlətməyin beyinə gizli təsiri üzə çıxdı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Alimlər beyin sağlamlığını qorumağın gözlənilməz və effektiv yolunu kəşf ediblər.Demokrat.az xəbər verir ki, qarın əzələlərinin sıxılması beyində maye dövranını gücləndirərək zərərli maddələrin orqanizmdən xaric olunmasına kömək edir. "Nature Neuroscience" jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, bədənin adi hərəkətləri zamanı qarın nahiyəsində yaranan gərginlik kəllə daxilində beyin mayesinin hərəkətinə səbəb olur. Siçanlar üzərində aparılan sınaqlar zamanı məlum olub ki, bu proses nəfəsalma və ya ürək döyüntüsü ilə deyil, məhz qarın boşluğundakı təzyiqlə birbaşa bağlıdır.Tədqiqatçılar müəyyən ediblər ki, qarın əzələləri sıxıldıqda yaranan təzyiq onurğa və qarın nahiyəsini birləşdirən damar sistemi vasitəsilə beyinə ötürülür. Bu mexaniki impuls beyində mayenin sürətlə hərəkət etməsini təmin edir və hüceyrələrin fəaliyyəti zamanı toplanan zərərli maddələri təmizləyir. Həmin maddələrin beyində yığılıb qalması hüceyrələrin normal işini pozur və müxtəlif xəstəliklərə yol açır.Alimlər bildirirlər ki, bu yeni kəşf fiziki aktivliyin və hətta ən sadə bədən hərəkətlərinin beyin üçün nə dərəcədə faydalı olduğunu bir daha sübut edir.Yəni, idman edərkən və ya hərəkət zamanı qarın əzələlərinin yığılması beyindəki mayeni hərəkətə gətirir və onu zərərli maddələrdən təmizləyərək qoruyur.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
35
demokrat.az

10Mənbələr