AZ

Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə zamanı minik avtomobili yolda təmizlik işləri aparan, 1965-ci il təvəllüdlü Zəminə Qurbanovanı vurub, daha sonra köşkə çırpılıb.

Qəza nəticəsində qadın həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

Seçilən
9
1
bizim.media

10Mənbələr