AZ

İngiltərə klubu 19 yaşlı müdafiəçiyə görə Zalsburq a 20 milyon ödəyəcək

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Brentford" "Zalsburq"un mərkəz müdafiəçisi Yannik Şusteri transfer etməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.

Tərəflər artıq müqavilə ilə bağlı şifahi razılığa gəliblər. 19 yaşlı futbolçunun transferi "arılar"a 20 milyon avroya başa gələcək.

Şuster hələ Avstriya millisində debüt etməyib, lakin U-21 komandasında beş oyun keçirib və bir qol vurub.

Qeyd edək ki, Şuster bu mövsüm "Zalsburq"un heyətində ümumilikdə 30 oyun keçirib və 1 qol vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
sport24.az

1Mənbələr