AZ

Goldman Sachs : Qlobal neft ehtiyatları səkkiz ilin ən aşağı səviyyəsinə çatıb

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşıb.

Banco.az xəbər verir ki, bu barədə  "Goldman Sachs"  xəbərdarlıq edib.

Bank bildirib ki, xüsusilə Hörmüz boğazından keçən məhdud neft axını ehtiyatların sürətlə azalmasını daha da kritik hala gətirib.

Həftənin ilk ticarət günündə neft qiymətləri təxminən 6 faiz artıb. İranın Hörmüz boğazında gəmiləri hədəf alması və Birləşmiş Ərəb Əmirliklərindəki neft limanını yandırmasından sonra bölgədə gərginlik artıb.

Prezident Donald Trampın dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrini yerləşdirmək cəhdi dörd həftə əvvəl atəşkəs elan ediləndən bəri ən böyük gərginliyə səbəb olub.

Goldman Sachs-ın məlumatlarına görə, qlobal neft ehtiyatları hazırda dünya tələbatını 101 günə ödəyə biləcək səviyyədədir. Lakin bu rəqəmin may ayının sonuna qədər 98 günə düşəcəyi təxmin edilir.

Bank qısa müddətdə ümumi ehtiyatların minimum əməliyyat səviyyələrinə düşməsinin gözlənilmədiyini bildirsə də, bəzi bölgələrdə ehtiyatların sürətlə tükənməsi və təchizat itkilərinin narahatlıq doğurduğunu qeyd edib.

Digər tərəfdən, qlobal kommersiya emal olunmuş məhsul ehtiyatları da əhəmiyyətli dərəcədə azalıb. ABŞ-İsrail İrana hücumlarından əvvəl 50 günlük tələb səviyyəsində olan ehtiyatlar hazırda 45 günlük təklifə düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
50
banco.az

10Mənbələr