AZ

Gəncədə ağır qəza olub, ölən var

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb

Bakıvaxtı.az xəbər verir ki,  hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmənini tirib. İlk olaraq yol kənarında dayanan "Chevrolet" markalı avtomobilə, daha sonra isə ağaca və köşkə çırpılıb.

Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z. Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq qalıb. Aldığı xəsarətdən qadın hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
10
1
bakivaxti.az

10Mənbələr