AZ

“Qarabağ”ın qapıçısı üçün yay planı: Polşadan yeni təklif

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qış transfer pəncərəsində Polşanın "Vidzev" klubu Mateuş Koxalskini heyətinə qatmağa çalışsa da, "Qarabağ" mövsümün gedişində qapıçının gedişinə razılıq verməmişdi. Sport24.az Polşa mətbuatına istinadən xəbər verir ki, buna baxmayaraq tərəflər arasındakı maraq tam sönməyib və məsələ yayda yenidən aktuallaşa bilər.

25 yaşlı qolkiper qışda Lodz təmsilçisinin transfer siyahısında ön sıralarda yer alırdı və Polşaya qayıtmaq ehtimalını istisna etmirdi. Lakin "Qarabağ"ın mövqeyi keçidin reallaşmasına imkan vermədi.

İndi isə Ekstraklasa təmsilçisi bu planı yenidən gündəmə gətirməyə hazırlaşır. Mövsüm başa çatdıqdan sonra danışıqların daha real müstəviyə keçəcəyi və Lodz klubunun "Qarabağ"a yeni təklif göndərəcəyi gözlənilir.

Bu dəfə vəziyyət qışdakından fərqli ola bilər. Mövsüm bitdikdən sonra futbolçunun satışı məsələsinə daha açıq yanaşılması ehtimal edilir. Lakin əsas məqam polşalıların Ağdam təmsilçisinin maliyyə tələblərini qarşılayıb-qarşılamayacağıdır.

Transferin taleyinə təsir edə biləcək digər vacib amil isə "Vidzev"in çempionatdakı mövqeyidir. Komanda hazırda aşağı pillələrdə qərarlaşıb və növbəti mövsüm elitada çıxış edib-etməyəcəyi sual altındadır. Bu məqam Koxalski üçün prinsipial sayılır. Qapıçının aşağı dəstədə oynamağa isti baxmadığı bildirilir.

Bir sözlə, Koxalski Azərbaycana gəlməzdən əvvəl "Stal"ın formasını geyinib və Polşa liqasına yaxşı bələddir. Yayda tərəflər arasında danışıqların yenidən başlanacağı gözlənilir. Transferin reallaşıb-reallaşmayacağı isə əsasən maliyyə şərtləri, "Qarabağ"ın mövqeyi və "Vidzev"in mövsümü hansı pillədə başa vurmasından asılı olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
sport24.az

1Mənbələr