BAKI, 5 may. TELEQRAF
Goranboy rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Rəhimli kəndində qeydə alınan hadisə zamanı " KİA" markalı maşınla mikroavtobus toqquşub. Xəsarət alan şəxslər rayon ərazisində çalışan fəhlələrdir.
Faktla bağlı araşdırma başlanılıb.