AZ

Hörmüzdə GÜC NÜMAYİŞİ: Məşhur admiral helikopterlə sərhədə endi - FOTOLAR

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) donanmaya məxsus idarəolunan raket esminclərinin Hörmüz boğazından keçərək Fars körfəzində xidmətə başladığını açıqlayıb.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, CENTCOM həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin Hörmüz boğazı üzərində "Apache" helikopteri ilə uçuş həyata keçirdiyini bəyan edərək, həmin anın görüntülərini paylaşıb.

CENTCOM-un "X" sosial platformasındakı rəsmi hesabından edilən paylaşımda, prezident Donald Trampın Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti ilə bağlı elan etdiyi "Azadlıq Layihəsi"nin təfərrüatlarına yer verilib.

Məlumatda bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raket esmincləri hazırda sözügedən layihəni dəstəkləmək məqsədilə Fars körfəzində vəzifələrini icra edirlər.

ABŞ qüvvələrinin ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək səylərində iştirak etdiyi vurğulanıb. Bu prosesin ilk addımı kimi, ABŞ bayrağı altında üzən iki ticarət gəmisi Hörmüz boğazından uğurla keçib.

CENTCOM-un daha sonra yaydığı məlumatda qeyd olunub ki, vitse-admiral Bred Kuper Oman dənizində patrul xidmətində olan iki hərbi gəmidə dənizçilər və dəniz piyadaları ilə görüşüb, ardınca isə ABŞ ordusunun digər hərbi qulluqçuları ilə təmasda olub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 4 may tarixindən etibarən Hörmüz boğazında qalan və Yaxın Şərqdəki böhranla əlaqəsi olmayan "neytral" ölkələrə məxsus gəmilərin keçidinə kömək edəcəklərini açıqlayıb və bu missiyanı "Azadlıq Layihəsi" adlandırıb. Tramp qeyd edib ki, bu addım İranın, regionun və ABŞ-nin maraqları naminə atılır ki, gəmilər öz fəaliyyətlərini maneəsiz davam etdirə bilsinlər.

Əməliyyatın daha çox humanitar məqsədlər daşıdığını bildirən Tramp, konkret ölkə adı çəkməyib. CENTCOM isə bu prosesə 15 min hərbi personal, 100-dən çox yer və dəniz vasitəsi, eləcə də raket esmincləri ilə hərbi dəstək veriləcəyini bəyan edib.

Musavat.com

Seçilən
30
2
musavat.com

7Mənbələr