“Çelsi”nin 18 yaşlı debütantı Cessi Derri İngiltərə Premyer Liqasının 35-ci turunun “Nottinqem Forest”lə oyununun (1:3) ilk hissəsində əvəzlənib və daha sonra ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.
Publika.az xəbər verir ki, klubun mətbuat xidmətinin verdiyi açıqlamada bildirilir:
“Cessinin huşu özündədir, danışır və profilaktik testlərdən keçir. Ona tezliklə sağalmasını arzulayırıq və tibb işçilərinə tez reaksiyalarına görə təşəkkür edirik”.