AZ

Nazir: Azərbaycanda subsidiyalar və güzəştli kreditlərin verilməsi aqrar sektorun inkişafına töhvə verir

BAKI, 5 may. TELEQRAF

Azərbaycanda subsidiyaların verilməsi, güzəştli kreditlərin təqdim edilməsi, kənd təsərrüfatı texnikasına əlçatanlığın artarılması,aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin təşviqi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhvə verir.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, aqrar sahədə rəqəmsallaşmanın genişləndirməsi, ağıllı kənd təsərrüfat həllərinin tətbiqi, su resurslarından səmərəli istifadə, torpaq münbitliyinin qorunması və ekoloji cəhətdən dayanıqlı istehsal modellərin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir:

“Məqsəd, müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialını artıran güclü aqrar sistem formalaşdırılmaqdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi və özünəməxsus yer tutur. Həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və ağıllı kənd yanaşmalarının tətbiqi regionun böyük aqrar potensiaalın reallaşmasına xidmət edir və mən inanıram ki, bu ərazilərdə hazırda modelləşdirilən və qurulan yeni aqrar təsərrüfat modelləri həm Azərbaycanda, həm regionda, həm də dünyada model olacaq”.

Seçilən
23
23
teleqraf.com

10Mənbələr