İrpen, 5 may, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına İrpen Humanitar “Linqvist” Liseyinin direktoru Valentina Antonenko 78 yaşında vəfat edib.
Bu barədə AZƏRTAC-a məktəbdən məlumat verilib.
Ukraynanın Əməkdar təhsil işçisi Valentina Antonenko Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib.
Valentina Antonenko bir müddət öncə səhhətində yarandığı problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen