AZ

Tramp hələ səkkiz-doqquz il də prezident olmaq istəyir


ABŞ Prezidenti Donald Tramp prezidentlikdən yalnız səkkiz-doqquz ildən sonra gedəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən kiçik və orta sahibkarlıqla bağlı tədbirdə çıxışı zamanı qeyd edib.
O, çıxışında Prezident administrasiyası tərəfindən qəbul edilən və 10 il müddətində qüvvədə qalması gözlənilən biznesə dəstək tədbirlərindən bəhs edib.
“Biz düzgün iş gördük. Beləliklə, məsələn, səkkiz və ya doqquz ildən sonra vəzifəmdən gedəndə onlardan istifadı edə biləcəyəm”, - deyə Tramp qeyd edib.
1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətdən artıq seçilməsini məhdudlaşdırır. Buna baxmayaraq, hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə namizəd olmaq ehtimalı barədə danışıb. Eyni zamanda, oxşar ehtimalları ötən payız Trampın keçmiş əsas siyasi strateqi Stiv Bennon da səsləndirib.
Seçilən
5
2
yeniavaz.com

3Mənbələr