AZ

WUF13 rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib

BAKI, 5 may. TELEQRAF

WUF13 rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib.

Teleqraf xəbər verir ki, bu sözləri WUF13 Şəhərsalma Forumunda nəqliyyatın təşkili ilə bağlı keçirilən brifinqdə forumun nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.

Onun sözlərinə görə, WUF13 üçün rəqəmsal nəqliyyat xəritəsi hazırlanıb. Bu xəritədə bütün nəqliyyat mübadilə məntəqələri, marşrut xətləri, eləcə də rəsmi hotellərin yerləşdiyi məkanlar əks olunub.

Bildirilib ki, xəritə vasitəsilə iştirakçılar daşınmanın necə həyata keçiriləcəyini aydın şəkildə görə biləcəklər.

Qeyd edilib ki, hava limanından 6 istiqamət üzrə daşınma təşkil olunacaq.

Seçilən
25
2
teleqraf.com

2Mənbələr