AZ

“Koroğlu” nəqliyyat dayanacaq məntəqələrinin yerləri dəyişəcək

BAKI, 5 may. TELEQRAF

“Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) günlərində bəzi marşrutların hərəkət istiqaməti dəyişdiriləcək. Həmçinin “Koroğlu” nəqliyyat dayanacaq məntəqələrinin yerləri dəyişəcək".

Teleqraf xəbər verir ki, bu sözləri brifinqdə AYNA-nın ictimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.

O bildirib ki, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda, qeyd olunub ki, xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Seçilən
44
teleqraf.com

1Mənbələr