AZ

Qadınların xəstələnməsi boşanma riskini artıra bilər

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Həyat yoldaşlarından birində ciddi xəstəlik aşkar edildikdə evliliyin boşanma ilə nəticələnmə ehtimalı artır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “ScienceDaily” jurnalında dərc olunan araşdırmada bildirilib.

Araşdırmaya görə, həyat yoldaşlarından birində ciddi xəstəlik aşkar edildikdə boşanma ehtimalı sağlam qalan cütlüklərlə müqayisədə 6 faiz yüksəlir.

Tədqiqat 2701 evlilik üzərində aparılıb və təxminən 20 illik dövrü əhatə edib. Nəticələr göstərib ki, bu nikahların 32 faizi boşanma ilə, 24 faizi isə həyat yoldaşlarından birinin vəfatı ilə başa çatıb. Maraqlıdır ki, boşanma riski əsasən qadınların xəstələndiyi hallarda artır. Ərin xəstələnməsi isə boşanma ehtimalına ciddi təsir göstərmir.

Araşdırmanın aparıcı müəllifi, sosioloq Amelia Karraker bildirib ki, ağır xəstəlik ailə daxilində rolların dəyişməsinə səbəb olur. Sağlam tərəf çox vaxt həm əsas qazanc gətirən, həm də qayğı göstərən şəxsə çevrilir. Bu isə həm emosional, həm də maliyyə baxımından gərginlik yaradır.

Onun sözlərinə görə, bəzi hallarda xəstəlik dövründə göstərilən qayğının yetərli olmaması münasibətlərdə narazılıq yaradır və nəticədə tərəflər ayrılığı seçə bilirlər.

Alimlər həmçinin xəstəliyin növünün boşanma riskinə təsir edib-etmədiyini də araşdırıblar. Xərçəng, ürək və ağciyər xəstəlikləri, eləcə də insult halları ayrıca təhlil edilsə də, statistik baxımdan ciddi fərq müəyyən olunmayıb.

Karrakerin bu mövzuya marağı isə təsadüfi olmayıb. O, vaxtilə siyasətçilərin xəstə həyat yoldaşlarından ayrılması ilə bağlı ictimai müzakirələrdən sonra bu sahəni araşdırmağa qərar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
yeniavaz.com

2Mənbələr