ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında baş verən atışmadan sonra İranla atəşkəsin qüvvədə olub-olmaması ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb...
Poliqon xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, atəşkəsin artıq başa çatıb-çatmadığı və döyüş əməliyyatlarının yenidən başlayıb-başlamayacağı barədə suala Ağ Ev rəhbəri konkret mövqe bildirməyib.
"Mən bunu deyə bilmərəm. Əgər bu suala cavab versəm, siz deyəcəksiniz ki, belə bir insan prezident olmaq üçün kifayət qədər ağıllı deyil", deyə Tramp bildirib.
Bundan əvvəl Tramp İran hakimiyyətini xəbərdar edərək bildirmişdi ki, əgər onlar Hörmüz boğazında və ya Fars körfəzində ABŞ gəmilərinə hücum etməyə cəhd etsələr, yer üzündən silinəcəklər.
Poliqon.info